Azərbaycanda stadionda keçirilən toyda 23 yaşlı gənc öldürüldü

26 İyul 2021 11:00 Problem 2 058
Azərbaycanda stadionda keçirilən toyda 23 yaşlı gənc öldürüldü

Daşkəsən rayonunda toy mərasimində qətl törədilib.

Sportinfo.az xəbər verir ki, hadisə bir neçə saat öncə rayonun Alaxançallı kəndində baş verib.

Kəndin köhnə və istifadə olunmayan stadionunda toy təşkil edilib.

Toyda baş verən münaqişə zamanı qonaqlardan biri - 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs oradan qaçıb və hazırda onun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?