Rebrov Bəhlulun transferində niyə tərəddüd edir?

21 İyul 2021 13:00 Problem 2 011
Rebrov Bəhlulun transferində niyə tərəddüd edir?

“Əl-Əyn”lə razılaşma əldə edən Bəhlul Mustafazadənin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin təxirə düşməsindən xəbərdarsız.

Bilirsiz ki, “Sabah”ın müdafiəçisi 2 gün öncə Birləşmiş Ərəb Əmirliklərinə yollanmalı olsa da, qarşı tərəf hələ ona viza açdırmayıb.

Halbuki iki klub arasında bütün məsələlər razılaşdırılıb. O cümlədən, “Əl-Əyn”in Azərbaycan təmsilçisinə ödəyəcəyi təzminatın məbləğı.

Son anda ortalığa çıxan qeyri-müəyyənliyin səbəbini futbolçu ilə BƏƏ klubunun rəhbərliyi arasında yaranan anlaşılmazlıqda axtarmalıyıq.

Tərəflər uzunmüddətli müqavilə şərtlərində bir nöqtəyə gəlib çata bilmirlər. Fikir ayrılığı o qədər böyükdür ki, hətta ola bilsin, bu transferin reallaşmasına mane olsun. Yəni, məsələ bu dərəcədə ciddidir.

Bu barədə Sportinfo.az-a yeni məlumat daxil olub. Belə ki, yeni baş məşqçi Sergey Rebrov daa həmyerlimizin transferində əvvəlkitək israr etmir.

Çünki klub bosları ondan ölkə çempionluğu istəyib. Rebrov da legioner limitini nəzərə alaraq, dha tanınmış və bahalıı futbolçuların ölkə xaricindən dəvət olunmasını şərt kimi kimi irəli sürüb.

Birləşmiş Ərəb Əmirliklərinin çempionatında cəmi 4 legionerin eyni vaxtda meydana çıxmasına icazə veridir.

Hazırda «ƏL-Əyn»in düşərgəsində yer alan əcnəbilərin sayı 10-a yaxındır. Rebrov ötənilki heyətdən bir çox legionerin xidmətində maraqlı olmadığını bildirib.

Yəni ki, Bəhlulla müqavilə imzalansa belə, əsas heyətə düşmək şansı zəif qiymətləndirilir. Millimizin üzvü isə «Əl-Əyn»i pula görə deyil, oynamaaq üçün seçib.

Digər Xəbərlər
Xəbər Lenti