"Səbail"də belə bir problem yoxdur"

21 Aprel 2021 17:40 Problem 999
"Səbail"də belə bir problem yoxdur"

"Səbail"də yaşanan maliyyə problemləri heç kimə sirr deyil.

Artıq neçə mövsumdu komanda bu çətinliklərlə yoluna davam edir.

Baş məşqçi Aftandil Hacıyev və futbolçular da dəfələrlə maliyyə problemini dilə gətirib.

İndi isə iş o həddə çatıb ki, klub komandanın akademiyasındakı futbolçuları belə adi idman geyimləri ilə təmin etməkdə çətinlik çəkir. Bu barədə mətbuatda xəbərlər dolaşır.

Mövzu ilə bağlı klubun mətbuat xidmətindən Sportinfo.az-a bunları dedilər: "Səbail"də belə bir problem yoxdur. Akademiyanın oyunçuları forma və s. hər şeylə təmin edilirlər".

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"