Rəsmi Moskvadan İşçi Qrupunun iclası ilə bağlı açıqlama

26 Fevral 2021 21:50 Problem 706
Rəsmi Moskvadan İşçi Qrupunun iclası ilə bağlı açıqlama

İşçi qrupunun növbəti iclası fevralın 27-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin ortaq sədrliyi ilə keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası Baş nazir müavinlərinin ortaq sədrliyi ilə üçtərəfli İşçi Qrupunun 3-cü iclasının 27 fevralda Moskvada keçirilməsi planlaşdırılır. Hazırki an üçün tərəflər iştiraklarını təsdiqləyiblər”,- deyə Overçuk qeyd edib.

Danışıqların bu formatı yanvarın 11-i Moskvada baş tutan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü zamanı qərarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti