GÜNDƏM - Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir?

23 Aprel 2025 07:30 Problem 1 226
GÜNDƏM - Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir?

Azad olunmuş ərazilərdə öz dədə-baba torpaqlarına yaşamağa qayıdanlara mənzillərin çıxarışlarının verilməməsi, onlarla sadəcə müqavilə imzalanması ilə bağlı xəbərlər yayılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq normativ hüquq aktının layihəsi hazırlanıb.

Qeyd edilib ki, layihə qüvvəyə mindikdən sonra sözügedən yaşayış sahələri üzərində vətəndaşların hüquqlarının dövlət qeydiyyatının aparılması məsələsinə baxılması təmin ediləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti