İctimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara XƏBƏRDARLIQ

27 Yanvar 2021 12:50 Problem 872
İctimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara XƏBƏRDARLIQ

Sportinfo.az xəbər verir ki, AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.

Bildirilib ki, sahibkarlar təsdiq edilmiş qaydalara daha ciddi əməl etmələri, ictimai iaşə obyektində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi və interaktiv məlumat mübadiləsi üçün ictimai iaşə obyektlərinə nəzarət üzrə məsul şəxs təyin etməli və həmin şəxs haqqında müvafiq məlumatları agentliyə təqdim etməlidirlər.

Qeyd edək ki, epidemiya dövründə ictimai iaşə sektorunda müəyyən edilən qaydalara əməl edilməsi, o cümlədən, məsul şəxsin müəyyən edilərək, müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət ediləcək.

Monitorinqlər zamanı belə müəssisələr aşkar olunduqda onların fəaliyyətləri məhdudlaşdırılacaq və inzibati cəza tədbirləri görüləcək.

Odur ki, sahibkarlar ictimai iaşə obyektində fəaliyyət göstərəcək məsul şəxs haqqında məlumatları ən qısa zaman ərzində Agentliyə şəxsi kabinetləri vasitəsilə və ya monitoring@afsa.gov.az elektron poçt ünvanına göndərilməsini təmin etməlidirlər”, - məlumatda deyilir.

Digər Xəbərlər
Xəbər Lenti