
Bilindiyi kimi, “Nürnberq"də çıxış edən Mahir Emreli zədələnib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu 31-ci turda "Fortuna" ilə matçda əlindən xəsarət alıb.
Onda metakarpal (əl sümüyü) sınığı aşkarlandığı qeyd olunub.
Hazırda futbolçunun müalicə olunduğu, onun xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcəyi bildirilib.
"Fortuna" ilə matçda (3:3) komandasının 2-ci qolunu vuran Emreli ardıcıl 3 oyundur ki, fərqlənir. O, son 3 qarşılaşmada rəqib qapılarına 4 dəfə yol tapıb.