Azərbaycan Premyer Liqasının 3 oyunu təxirə salındı

3 Dekabr 2020 21:00 Premyerliqa 758
Azərbaycan Premyer Liqasının 3 oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının XII turunun 3 qarşılaşması təxirə salınıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də dekabrın 6-da keçirilməli olan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun koronavirusa yoluxması səbəbindən baş tutmayacaq.

Görüşlərin tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.

XII turun “Qəbələ” – “Qarabağ” oyunu isə dekabrın 6-sı saat 16:00-da “Azersun Arena”da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”