Yoluxma olarsa, Premyer Liqa yenidən dayandırılacaq?

12 Avqust 2020 15:34 Premyerliqa 756
Yoluxma olarsa, Premyer Liqa yenidən dayandırılacaq?

"Hansısa komandada yoluxma olmasını istəməzdik".

Sportinfo.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində deyib.

O bildirib ki, belə bir hal baş verərsə, çempionatla bağlı daha üst qurumların qərar və tövsiyələrinə əməl edəcəklər. Musayevin sözlərinə görə, bu, PFL-dən asılı olmayacaq.

Azərbaycan Premyer Liqası avqustun 21-də start götürəcək. Premyer Liqa ilə bağlı sponsorluq məsələsinə də toxunan Musayev bunun yenidən gündəmə gələ biləcəyini istisna etməyib:

"Pandemiya hamı kimi, bizə də təsir etdi. Bir şirkətlə martda uzunmüddətli müqavilə planlaşdırırdıq. Ola bilər ki, onlarla yenidən danışıq aparıb müqavilə bağladıq".

Digər Xəbərlər
Xəbər Lenti