"Qarabağ" artıq Avropanın böyük komandalarına başağrısıdır"

21 İyul 23:00 Premyerliqa 286
"Qarabağ" artıq Avropanın böyük komandalarına başağrısıdır"

Klublarımız avrokuboklara fırtına kimi başlayıb.

"Sabah" və "Zirə"nin ardınca "Qarabağ" cavab görüşündə qələbə qazandı.

6 matç və 6 qol.

16 qol vuran təmsilçilərimiz öz qapısında cəmi 1 qol görüb.

Möhtəşəm tablodur.

Maraqlıdır bəs bunun əsas səbəbi nədir?

Püşkün bəxtimizə kifayət qədər münasib rəqiblər çıxarması, yoxsa klublarımızın inkişafı?

Sportinfo.az-a açıqlamasında futbol mütəxəssisi Elvin Məmmədov yuxarıdakı suala cavab olaraq bunları dedi:

"Komandalarımızın hər birinə uğurlar arzulayıram. İnşallah, qarşıdakı oyunlarda da yaxşı nəticələr qazanarlar. Çox uğurlu nəticələr əldə olundu və avrokuboklarda əla başlanğıc gördük.

Rəqiblər də münasib idi. Amma klublarımız ildən-ilə Avropa təcrübəsi topladıqca gələcək oyunlar üçün də daha çox ümid yaranır. "Qarabağ" bu işin öhdəsindən illər əvvəl gəlib. Bu gün isə "Qarabağ" artıq Avropanın böyük komandaları üçün də ciddi başağrısına çevrilib".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2