Püşk atıldı, “Qarabağ”ın oyununun yeri dəyişdi - VİDEO

07:30 Premyerliqa 82
Püşk atıldı, “Qarabağ”ın oyununun yeri dəyişdi - VİDEO

Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün püşkatması keçirilib.

Sportinfo.az xəbər verir ki, çempionatın ilk turundakı rəqiblər bir-birini tanıyıb.

1-ci tur

“Turan Tovuz” - “Qəbələ”

“Şamaxı” - “Qarabağ”

“Kəpəz” - “Sabah”

“Sumqayıt” - “Neftçi”

“Araz-Naxçıvan” - “İmişli”

“Zirə” - “Şəfa”

PFL-in açıqladığına görə, stadionlarında süni işıqlandırma sistemi olmayan klublar yay mövsümündə bütün oyunlarını səfərdə keçirəcəklər.

Bu baxımdan “Şamaxı” “Qarabağ”la evdə qarşılaşmalı olsa da, stadiondakı işıqlandırma sisteminin olmaması səbəbindən səfərdə oynayacaq.

Premyer Liqaya avqustun 14-də start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!