12 klub, fərqli hədəf, eyni problem - Nə vaxta qədər?

27 İyul 17:00 Premyerliqa 671
12 klub, fərqli hədəf, eyni problem - Nə vaxta qədər?

Azərbaycan Premyer Liqasında yeni mövsümün startına təxminən 3 həftə qalır.

Artıq bütün klublar hazırığın son mərhələsindədir.

Tədricən hədəflər barədə də mesajlar bir-bir elan olunur.

Təbii ki, "Qarabağ", "Sabah", "Neftçi" və "Turan Tovuz"un məqsədi çempion olmaqdır.

"Zirə" avrokuboklar üçün mübarizə aparacaq.

Yerdə qalan 7 kollektivin məqsədi isə təxminən oxşardı - maksimum üst pillələrdə olmaq, ya da liqada yerini qorumaq.

Klub rəhbərləri, baş məşqçilər bunu açıq şəklində dilə gətirir.

Bu barədə açıqlamaları oxuyanda isə üzülməmək əldə deyil.

Nə olardı ki, bircə klub da "bizim məqsədimiz yerli oyunçuları yetişdirmək olacaq" deyərdi.

Eşitmədik...

Çünki bu ölkədə uşaq futbolu, gənclərin yetişməsi heç kimə maraqlı deyil.

Başda da Premyer Liqanın 12 klubu olmaqla...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi