Gələn mövsüm Premyer Liqada yeni qayda tətbiq olunacaq

03:50 Premyerliqa 821
Gələn mövsüm Premyer Liqada yeni qayda tətbiq olunacaq

Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümündən tətbiq olunacaq yeni qayda ilə bağlı açıqlama verib.

Abbasov bildirib ki, süni işıqlandırma sistemi olmayan stadionlarda mövsümün birinci dövrəsində ev oyunlarının keçirilməsinə icazə verilməyəcək.

“Lakin bu, komandaların mövsüm ərzində keçirəcəyi ev və səfər oyunlarının sayına təsir göstərməyəcək. Yaranacaq balanssızlıq ikinci dövrədən etibarən kompensasiya olunacaq”, – deyə PFL rəsmisi vurğulayıb.

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümü avqustun 14-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!