Millimizin sabiq müdafiəçisi yenidən vətənə qayıda bilər

23 İyul 16:40 Premyerliqa 1 562
Millimizin sabiq müdafiəçisi yenidən vətənə qayıda bilər

Sərtan Taşkın yenidən karyerasını ölkəmizdə davam etdirə bilər.

Müdafiəçinin xidmətində "Sumqayıt" maraqlıdır.

Amma 28 yaşlı futbolçu daha çox ölkə xaricində qalmaq istəyir.

O, seçimini ilk olaraq Türkiyədən aldığı təkliflər üzərindən edəcək.

28 yaşlı futbolçunun son klubu "Serikspor" olub.

Bundan başqa, qardaş ölkədə "Manisa" forması geyinib.

Milli komandamızın sabiq müdafiəçisi ölkəmizdə "Zirə", "İnter" (indiki "Şamaxı"), "Sumqayıt" və "Turan Tovuz"da çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə