Yeni baş məşqçidən açıqlama: "Mən bunu demək istəməzdim"

19 İyul 22:30 Premyerliqa 391
Yeni baş məşqçidən açıqlama: "Mən bunu demək istəməzdim"

"İmişli" yeni baş məşqçi Fərid Namazovun rəhbərliyi altında ilk oyuna çıxıb.

Yay təlim-məşq toplanışının ilk sınaq matçına təsadüf edən oyun Bakı Olimpiya Stadionun ehtiyat meydançasında keçirilib.

Aran təmsilçisi hesabda 2:0 öndə olsa da, sonda üstünlüyü əldən verib - 2:2.

Bölgə klubunun gənc baş məşqçisi Sportinfo.az-a açıqlama verib:

"Şəfa" ilə yoxlama oyunu bizim üçün faydalı oldu. Hazırlıq prosesində əsas məqsəd futbolçuların vəziyyətini görmək və üzərində işlədiyimiz məqamları yoxlamaq idi.

Oyundan müəyyən nəticələr çıxardıq və çatışmazlıqları gördük. Hazırlıq davam edir, qarşıdakı günlərdə bu istiqamətdə işimizi davam etdirəcəyik".

Çalışdırıcı komandanın nə qədər hazır olması ilə bağlı isə bunları deyib:

"Bunu faizlə ifadə etmək istəməzdim. Hazırlıq prosesi davam edir.

Yeni sistemlə çıxış edirik. Daha çox topa sahib olmaq, dominant çıxış etmək istəyirik.

Zaman lazımdır. Çempionatın startına qədər komandanı istədiyimiz səviyyəyə çatdırmağa çalışacağıq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 19:00 Sevək, yoxsa sevinək?