Premyer Liqa klublarına XƏBƏRDARLIQ OLUNDU - İşıq yoxdursa…

14:40 Premyerliqa 560
Premyer Liqa klublarına XƏBƏRDARLIQ OLUNDU - İşıq yoxdursa…

Premyer Liqada növbəti mövsüm avqustun 14-də start götürəcək.

Çempionatın təşkilatçısı olan Peşəkar Futbol Liqası (PFL) avqust ayı ilə bağlı klublara xəbərdarlıq edib.

PFL gələn ayın «qara qovuran» olmasını nəzərə alaraq, qarşılaşmaların axşam saatlarında keçiriləcəyini bildirib.

Bu, sentyabrın ortasınadək belə olacaq. İşıqlandırma sistemi işləməyən stadionlar həmin müddət ərzində oyunların üzünə həsrət qalacaq.

Elita təmsilçilərindən yalnız «Şamaxı» və «İmişli»nin belə bir problemi var.

Şamaxı staionunda projektorların yalnız maketi mövcuddur. «İmişli»nin ev matçlarını qəbul edəcəyi Yevlax şəhər stadionu da bu üstünlükdən məhrumdur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti