“Hazırda hansısa klubun bu stadionu özəlləşdirməsi ilə bağlı bizə məlumat daxil olmayıb"

23 İyul 03:30 Premyerliqa 685
“Hazırda hansısa klubun bu stadionu özəlləşdirməsi ilə bağlı bizə məlumat daxil olmayıb"

“Sabah” “Liv Bona Dea Arena”nı ehtiyat stadion kimi Peşəkar Futbol Liqasına (PFL) təqdim edib.

Spotinfo.az xəbər verir ki, bu barədə PFL-in texniki-idman direktoru Elgiz Abbasov danışıb.

O bildirib ki, hazırda arenanın hansısa klub tərəfindən daimi istifadəyə götürülməsi ilə bağlı PFL-ə rəsmi məlumat daxil olmayıb:

“Hazırda hansısa klubun bu stadionu özəlləşdirməsi ilə bağlı bizə məlumat daxil olmayıb. “Araz-Naxçıvan”ın müqaviləsi bir illik idi.

Hazırda stadionun qazonunda təmir işləri aparılır. Gələcəkdə bununla bağlı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək”.

İddialara görə, Azərbaycan çempionu “Sabah” növbəti mövsümdən ev oyunlarını “Liv Bona Dea Arena”da keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!