"Yeni sistemdə oynayacağıq, daha çox çalışmaq lazımdır"

21:00 Premyerliqa 135
"Yeni sistemdə oynayacağıq, daha çox çalışmaq lazımdır"

"İmişli" yay təlim-məşq toplanışında ilk yoxlama görüşünə çıxıb.

Bakı Olimpiya Stadionun ehtiyat meydançasında keçirilən oyunda rəqib "Şəfa" olub.

2:2 hesablı bərabərliklə bitən matçdan sonra bölgə klubunun kapitanı Azər Salahlı Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq oyun barədə danışıb:

"Toplanış yaxşı keçir. İlk yoxlama oyunun keçirdik. Bərabərlik ədalətli nəticə idi. Amma bilirik ki, belə görüşlərdə nəticə önəmli deyil. Əsas baş məşqçinin tapşırıqlarını maksimum icra etməkdir. Daha çox çalışmağımız lazımdır. Çünki yeni sistemdə oynayacağıq".

Təcrübəli müdafiəçi yeni baş məşqçi Fərid Namazovun tətbiq etdiyi yeni sistem və yanaşmadan da söz açıb:

"Yeni baş məşqçimiz fərqli oyun sistemi tətbiq edir. Buna alışmağa çalışırıq. Qarşıda yoxlama oyunlarımız var. Çempionatın startına kimi hazır olacağımızı düşünürəm. Topla oynamağ üstünlük veririk. Çalışacağıq ki, özümüzə uyğun rəqiblərlə dominant oynayaq".

Salahlı sonda yeni mövsümdə hansı hədəflər üçün mübarizə aparacaqları barədə də danışıb:

"Düşünürəm ki, yuxarı pillələr üçün oynamaq bizə çətin olacaq. Əlbəttə, hədəfimiz yüksəkdir. Hər birimiz üst pillələrdə qərarlaşmaq istəyirik. Amma reallıqları da görürük. Çalışacağıq ən azı dişimizə uyğun rəqibləri udaq".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti