Premyer Liqada yeni mövsümün püşkü atıldı - “Qarabağ” hara gedəcək?

17 İyul 15:20 Premyerliqa 795
Premyer Liqada yeni mövsümün püşkü atıldı - “Qarabağ” hara gedəcək?

Bu gün Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, 12 komandanın iştirak edəcəyi yarış 3 dövrədən ibarət olacaq.

Tədbirdə əvvəlcə 1 və 2-ci dövrələrin, daha sonra isə 3-cü dövrənin püşkü atılıb

Yeni mövsümü startı isə avqustun 14-də olacaq.

Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcək:

"Turan Tovuz" - ⁠"Qəbələ"

"Araz-Naxçıvan" - "İmişli"

"Kəpəz" - "Sabah"

"Şamaxı" - "Qarabağ"

"Sumqayıt" - Neftçi"

"Zirə" - "Şəfa"

Digər Xəbərlər
Xəbər Lenti