Musayevdən ikinci qələbə

2 Avqust 02:10 Digər növlər 382
Musayevdən ikinci qələbə

Azərbaycanın UFC-dəki təmsilçisi Tofiq Musayev növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən "UFC Fight Night" turnirində slovakiyalı Ludovit Kleinlə üz-üzə gəlib.

Yüngül çəki dərəcəsində baş tutan qarşılaşma gecənin ilkin kartında yer alıb. Tofiq Musayev rəqibini məğlub edərək UFC-də növbəti qələbəsini rəsmiləşdirib.

Bu qarşılaşma Tofiq Musayevin UFC karyerasında üçüncü döyüşü idi.

O, 2025-ci ilin iyununda Bakıda baş tutan debüt görüşündə Mıktıbek Orolbaya məğlub olmuş, 2026-cı il martın 28-də isə İqnasio Bahamondes üzərində qələbə qazanaraq UFC-də ilk uğuruna imza atmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi