Premyer Liqanın iki iştirakçısı 28 futbolçu transfer etdi - YAY BAZARLIĞI

16:40 Premyerliqa 246
Premyer Liqanın iki iştirakçısı 28 futbolçu transfer etdi - YAY BAZARLIĞI

Premyer Liqa klubları yay fasiləsindən maksimum yararlanmağa çalışır.

Əvvəlki həftələrdə bəzi klublarda durğunluq hiss olunurdusa, çempionatın startına təxminən iki həftə qalmış “sürət artırılıb”.

Köklü dəyişikliklərə məruz qalan “Şamaxı” 14 yeni futbolçu ilə güclənib. Elitanın debütantı “Şəfa” da eyni sayda oyunçuyla müqavilə bağlayıb. İki klubda 28 imza reallaşıb.

“Araz-Naxçıvan”ın da yarısının yeniləndiyini deyə bilərik. Hələ ki, 9 nəfərlə münasibətlər rəsmiləşdirilib. “Qarabağ”la “Zirə”də say 8-dir.

Ötən mövsümün finişindən bu yana həyata keçən rəsmi keçidləri təqdim edirik.

"Sabah"

Gedənlər: Nicat Mehbalıyev (Şəfa), Amin Seydiyev (Zirə), Cesse Sekidika (“Qanqvon”, Cənubi Koreya), Andrey Santos (“İberiya”, Gürcüstan, (icarə), İqor Noqeyra (“Rostov”, Rusiya).

Gələnlər: Yunes Laşab (“Lill”, icarə), Junior Almeyda (“Maritimu”, Portuqaliya), Eyden Makkarti (“Kayzer Çifs”, CAR). Patrik Mbina (“Maribor”, Sloveniya), Rodriqo Fernandeş (Şamaxı), Ksander Severina (“Makkabi Hayfa”, İsrail), Amin Ramazanov (Qarabağ).

"Qarabağ"

Gedənlər: Emmanuel Addai, Sami Mmaee (“Pafos”, Kipr), Ramil Şeydayev, Toral Bayramov (“Bursaspor”, Türkiyə), Kevin Medina (“Johor”, Malayziya), Leandro Andrade (“Polissye”, Ukrayna), Amin Ramazanov (Sabah), Kamilo Duran (“Seltik”, Şotlandiya).

Gələnlər: Jali Muaddib (“Omoniya”, Kipr), Zakaria Savo (“Yurqorden”, İsveç), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya), Martin Zlomisliç (“Riyeka”, Xorvatiya), Renaldo Sefas (“Pari Nijnıy Novqorod”, Rusiya), Bense Varkonyi (ZTE, Macarıstan), Cebrail Makreçkis (“Ferentsvaroş”, Macarıstan).

"Turan Tovuz"

Gedənlər: Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samok (“Veles”, Rusiya), Ayxan Hüseynov (Zirə), Fərid Yusifli (Şəfa).

Gələnlər: Dioqo Balau (Şamaxı), Aleksey Kenyaykin (“Volqa”, Rusiya), Stiv Beusnard (“Pau”, Fransa).

"Neftçi"

Gedənlər: Vensan Abubakar, Edvin Kuç (“Balkani”, Kosovo), Kristian Kostin, Murad Məmmədov (“Pafos”, Kipr), Cordan Rezabala.

Gələnlər: Rüfət Abbasov (Şamaxı), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Emdryu Qravilyon (“Peskara”, İtaliya), Freddi Varqas (“Makkabi Netanya”, İsrail).

"Zirə"

Gedıənlər: Stefan Aka, Leroy Mikels, Ceyhun Nuriyev, Eldar Quliyev, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov (Araz-Naxçıvan).

Gələnlər: Amin Seydiyev (Sabah), Maykon Kleyton (“Portimonense”, Portuqaliya), Ayxan Hüseynov (Turan Tovuz), Vierinya (“Olimpiakos Nikosiya”, Kipr), Hüseynəli Quliyev (İmişli), Kris Diqbeu, Dameyn Smit (“Nova Star”, BƏƏ), Lue Bayere Junior (“Yavor”, Serbiya).

"Araz-Naxçıvan"

Gedənlər: Ramon Maçado, Bar Kohen (“İroni Tiberias”, İsrail), Hamidu Keyta, Nuno Rodriges, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə (İmişli), Coşqun Diniyev, Kristian Avram (“Petrokub”, Moldova), Felipe Santos (“Bangkok Yunayted”, Malayziya), Ba-Muaka Simakala (“Eypen”, Belçika), Urfan Abbasov (Kəpəz).

Gələnlər: Luka Dumançiç (“Persis”, İndoneziya), Rəşad Həsənov (Cəbrayıl), Alberto Qarsia Fernandes (“Akritas Çlorakas”, Kipr), Alexandro Herrera (“San Kristoba”, Dominkan), Artur Auqusto Da Silva (“Semen Padang”, İndoneziya), Mara Mohamed (“Kançanaburi”, Tayland), Abdallah Sudi (“Persijap”, İndoneziya), Mamadu Kane (“Pafos”, Kipr), Ceyhun Nuriyev (Zirə).

"Sumqayıt"

Gedənlər: Aleksandr Ramalinqom (“Persita”, İndoneziya), Rayan Senhadji (“Tobol”, Qazaxıstan), Sənan Muradlı (Şamaxı, (icarə), Mehdi Cənnətov (Səbail), Abdul Raşid Mumini (Şamaxı).

Gələnlər: Emil Mustafayev (“Polissye”, Ukrayna), Jeymes Almeyda (“Pasuş Fereyra”, Portuqaliya).

"Şamaxı"

Gedənlər: Karim Rossi (Qəbələ), Andrey Tırkoveanu, Sezar Enrike (“Alaşkert”, Ermənistan), Alfons Msanqa, Rüfət Abbasov (Neftçi), Arsen Agcabəyov (Şəfa), Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov (Zirə), Rodriqo Fernandes (Sabah), Rafael Məhərrəmli, Vladislav Veremeyev (“Urartu”, Ermənistan), Nihat Mehralıyev, Bilal İsmayılov, Ravil Qafarov, Dioqo Balau (Turan Tovuz).

Gələnlər: Uğur Cahangirov (Karvan-Yevlax), Emin Rüstəmov (Səbail), Sənan Muradlı (“Sumqayıt”, icarə), Ceyhun Bağırzadə, Okan Təhməzli (hər ikisi “Qəbələ”). Hacıəli Şirəliyev, Emil Süleymanov (Qəbələ), Nicat Qaragözlü (Neftçi), Jota (“Sao Joao de Ver”, Portuqaliya), Rui Paçeko (“Paredes”, Portuqaliya), Teshager Degu (“İroni Modin”, İsrail), Tornike Axvlediani (“İberiya 1999”, Gürcüstan), Abdul Raşid Mumini (Sumqayıt), Filipe Markes (“Amora”, Portuqaliya).

"İmişli"

Gedənlər:Xəzər Mahmudov, Həzrət İsayev (Şahdağ Qusar), Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Abbas Ağazadə (Səbail), Hüseynəli Quliyev (Zirə), Andrey Sinenka, Rafael Vieqaş, Ezekiel Morqan (Səbail).

Gələnlər: Seyxan Fərəcov (MOİK), Lətif Rzayev, Fərid Nəbiyev (Kəpəz), Bəxtiyar Həsənalızadə (Araz-Naxçıvan), Sadiq Məmmədzadə (Qarabağ), Yusif İmanov (Kəpəz).

"Kəpəz"

Gedənlər: Rauf Hüseynli, Məmməd Hüseynov (hər ikisi “Şəfa”), Fərid Nəbiyev, Yusif İmanov (hər ikisi “İmişli”), Luis Paçu, Camal Cəfərov, Ehtiram Şahverdiyev (Səbail), Olavale Onanuqa, Ryonosuke Ohori (“Radnik”, Serbiya).

Gələnlər: Rojerio Santos (“İroni Tiberias”, İsrail), Vadim Abdullayev (Karvan-Yevlax), Azuma Abubakar (“Lustenau”, Avstriya), Urfan Abbasov (Araz-Naxçıvan), Kennet Kalunqa (Mingəçevir)

"Qəbələ"

Gedənlər: Adriel Ba Lua (“Kvandju”, Cənubi Koreya), Domi Massumo (“Alaşkert”, Ermənistan), Turan Manafov, İbrahim Sanqare, Rüfət Əhmədov, Rza Cəfərov (Neftçi), Sambu Sissoko, Murad Musayev (Şəfa), Seydina Keyta (“Panevejis”, Litva), Eduardo Kunde (“Olimpiakos Nikosiya”, Kipr).

Gələnlər: Kouya Mabea (“Floriana”, Malta), Natan Monzanqo (“Bravo”, Sloveniya), Karim Rossi (Şamaxı), Uboçioma Meşak (“Kazintsbartsika”, Macarıstan).

"Şəfa"

Gedənlər: Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Urfan İsmayılov, Vüqar Həsənov, Ruslan Hacıyev.

Gələnlər: Rauf Hüseynli, Məmməd Hüseynov (hər ikisi “Kəpəz”), Nicat Mehbalıyev (Sabah), Murad Musayev (Qəbələ), Arsen Agcabəyov (Şamaxı), Vlad Marian Popu, Andrey Fernando Draqu (hər ikisi “Uniea Sloboziya”, Rumıniya), Dilan Mertens (“Telstar”, Niderland), Musa Quel (“Tıkves”, Şimali Makedoniya), Fərid Yusifli (Turan Tovuz), Maudo Lamine Jarjue (“Struqa”, Şimali Makedoniya), Treyvon Fuller (“Dila”, Gürcüstan), Bafode Dansoko (“Vintertur”, İsveçrə), Kristofer Mmengi (“Priştina”, Kosovo).

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti