"Bizdə 20 min dollar maaş alan futbolçu yoxdur"

24 İyul 21:20 Premyerliqa 1 308
"Bizdə 20 min dollar maaş alan futbolçu yoxdur"

Ötən mövsüm Birinci Liqanı çempion kimi bitirən "Şəfa" uzun fasilədən sonra Premyer Liqaya qayıtdı.

Hələ sezon başa çatmamış klub ətrafında o qədər transfer xəbərləri dolaşırdı ki...

Sanki illər öncəki "Xəzər Lənkəran" geri qayıdıb və yerli oyunçulara milyonlar xərclənəcək.

Məsələn, Ramil Şeydayevin aylıq 20 min dollar qarşılığında "Şəfa" ilə anlaşdığı bildirilirdi.

Bu cür nümunələr çox idi.

Amma biz bunu görmədik.

Görəsən, deyilənlər həqiqətdən uzaq idi, yoxsa ilk günlər belə fikir olub?

Sportinfo.az-a açıqlama verən komandanın baş məşqçisi Zaur Həşimov sualımıza bu cür cavab verib:

"Yox, belə bir plan olmayıb.

İlk gündən bəlli büdcəmiz olub və ona uyğun hərəkət etmişik.

Bu gün nə yerli, nə də əcnəbilər oyunçularımız arasında qeyd etdiyiniz yüksək məbləğdə maaş alan kimsə yoxdur".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”