PFL rəsmisi: "İnanmıram ki, çempionatıın startı sentyabra qalsn"

5 Avqust 2020 16:00 Premyerliqa 955
PFL rəsmisi: "İnanmıram ki, çempionatıın startı sentyabra qalsn"

«Bu məsələ rəhbərliklər səviyyəsində danışılır və həll olunur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib.

Dünən xəbər verdiyimiz kimi, AFFA-nın Nazirlər Kabineti yanında Operativ qərargahla apardığı danışıqlar başa çatıb. Federasiyadan redaksiyamııza daxil olan məlumata görə, artıq qarşı tərəflə razılıq əldə olunub.

Belə ki, Operativ Qərargah Premyer Liqa klublarının avqustun 5-6—dan sonra Bakıda hazırlıq keçməsinə, o cümlədən, avrokuboklardakı təmsilçilərimizin rəqiblərini paytaxtda qəbul etməsinə «okey» verib.

Bu icazə eyni zamanda Premyer Liqanın yeni mövsümünün avqustun sonunda start götürməsinə də aiddir. Rəsmi qərarın ən yaxın tarixdə açıqlanması gözlənilir.

A,Şahgəldiyev: «Danıışıqların getməsindən xəbərimiz var. Amma hələlik bizə heç nə deyilməyib. Yenə mövsümə bu ay start verməyi planlaşdırırıq".

Digər Xəbərlər
Xəbər Lenti