Sabiq "Real"lı: "Azərbaycan klubu mənə çoxlu pul ödəyəcəkdi, imtina etdim"

1 Avqust 2020 12:30 Premyerliqa 1 127
Sabiq "Real"lı: "Azərbaycan klubu mənə çoxlu pul ödəyəcəkdi, imtina etdim"

“Lex”in ispaniyalı legioneri Dani Ramires Azərbaycandan aldığı təklifdən imtina edib.

Sportinfo.az xəbər verir ki, bunu Polşa klubunun 28 yaşlı yarımmüdafiəçisinin özü açıqlayıb.

Hələ 16 yaşında “Leqanes”dən Madrid “Real”ına keçən, sonradan bir sıra klublarda çıxış edən Ramires bu il LKS-dən “Lex”ə transfer olunub.

2017-ci ildən Polşada oynayan Dani “Ştormil” (2017-18) və LKS (2018-20) klublarının formasını geyinib. Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib:

“MLS-dən və Azərbaycanın bir klubundan təklifim var idi. Onlar mənə daha çox pul ödəyəcəkdi. Amma mən olmaq istədiyim yerdəyəm və çox xoşbəxtəm”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”