Moskva "Spartak"ının yetirməsi Azərbaycandan təklif aldı

16 May 2020 14:50 Premyerliqa 1 182
Moskva "Spartak"ının yetirməsi Azərbaycandan təklif aldı

"Anortosis"də (Kipr) çıxış edən Jano Ananidze karyerasını Gürcüstan və ya Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqa təmsilçilərindən biri 27 yaşlı yarımmüdafiəçinin agenti ilə əlaqə qurub.

Ancaq gürcü futbolçunun vətəninə dönmək istədiyi bildirilir. Futbolçu açıqlamasında Gürcüstanın "Dinamo" klubundan təklif aldığını deyib: "Danışıqlar davam edir. Başqa açıqlama vermək istəmirəm".

Batumi klubunun prezidenti Arxil Beridze gürcü ulduzla danışıqlar apardıqlarını təsdiq edib: "Müzakirələr davam edir. Ananidze mövsümün sonunda sərbəst qalacaq və bu səbəbdən transferi mümkün görünür. 6 ay deyil, uzunmüddətli müqavilə bağlamaq istəyirik".

Peşəkar karyerasına Moskva "Spartak"ında başlayan futbolçu "Rostov" və "Krılya Sovetov"da da çıxış edib. Gürcüstan millisinin üzvü bu ilin yanvarında "Spartak"dan ayrılıb, "Anartosis"ə keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!