Azərbaycanda 2022-ci ilin nəticələrinə görə, mənfəət və zərərlə işləyən futbol klubları məlum olub.
Sportinfo.az xəbər verir ki, 2022-ci ildə premyer-liqadakı 10 klubdan 6-sı mənfəətlə işləyib, 4-ü isə zərər edib.
İli ən böyük mənfəət «Qarabağ»dır – 3,3 milyon manat. Ağdamlılar 2021-ci ildə 3,6 milyon manat zərər etsələr də 2022-də vəziyyəti dəyişib mənfəətə çıxa biliblər.
Mənfəətin həcminə görə, ikinci yeri yeni yaranmış, amma sürətlə möhkəmlənən «Sabah» tutub. «Sabah» da 2021-ci ildə zərər etsə də, 2022-də 597 min manat mənfətə çıxmağı bacarıb.
«Neftçi»də isə əksinə, klub 2021-ci ildə 1,9milyon manat mənfəət əldə etdiyi halda, 2022-ci ildə 416 min manat zərər edib. «Qəbələ» də ötən ili zərərlə başa vurub.