Bolqarıstan millisinin qapıçısı Azərbaycan klubunda?

9 Dekabr 2019 11:37 Premyerliqa 2 008
Bolqarıstan millisinin qapıçısı Azərbaycan klubunda?

Bolqarıstan millisinin qapıçısı Georgi Georgiyev karyerasını Azərbaycanda davam etdirə bilər. Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan mətbuatı yayıb.

Bildirilir ki, hazırda Sofiya "Slaviya"sının şərəfini qoruyan 31 yaşlı qolkiper 3 ölkədən - Qazaxıstan, Azərbaycan və Ermənistandan təklif alıb. Son illər aparıcı futbolçularını bir-bir yola salan "Slaviya"nın Georgiyevi də qış fasiləsində satması gözlənilir.

Artıq Bolqarıstan millisinə də çağırılan futbolçu Paraqvayla yoldaşlıq görüşündəki (0:1) performansı ilə rəğbət qazanıb. Qapıçı Moldova və İranda legioner həyatı yaşadığından, yenidən ölkəni tərk etməsinin ona problem yaratmayacağı vurğulanıb. Georgiyev "Slaviya"ya bu ilin əvvəlində "Vereya"dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”