"Səbail"in kapitanı: "Klubda daxili problemlər var"

8 Dekabr 2019 17:53 Premyerliqa 1 137
"Səbail"in kapitanı: "Klubda daxili problemlər var"

"Səbail"in kapitanı Rahid Əmirquliyev "Zirə"yə səfərdə 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az-ın əməkdaşı xəbər verir ki, təcrübəli futbolçu əvvəlcə oyun haqda bunları deyib:

- Ötən dəfə də demişdim ki, bu vəziyyətdən çıxmaq üçün bizə bir qələbə lazımdır. Biz də çalışırıq ki, qələbə ilə özümüzə gələk. Bu istəklə meydana çıxmışdıq, ancaq erkən qol buraxdıq. Bundan sonra toparlana bilmədik.

- Qış fasiləsində komandada dəyişiklik gözlənilir?

- Bunu bilmirəm. Bu barədə rəhbərlik və baş məşqçidən soruşsanız, daha yaxşı olar. Fikrimcə, komanda güclənməlidir. Əgər nəsə etmək istəyiriksə, komandaya yeni nəfəs gəlməlidir.

- Baş məşqçiniz Aftandil Hacıyev problemlərinin olduğunu desə də, tam açıqlamır. “Səbail”in daha çox maliyyə, yoxsa intizam problemi var?

- İntizamla bağlı problem yoxdur. Klubda daxili problemlər var. Məşqçi demək istəməyibsə, deməli, belə lazımdır.

- “Zirə” ilə kubokda da qarşılaşacaqsınız. Psixoloji cəhətdən hazır olacaqsınız?

- Böyük hesabla uduzduq. Belə məğlub olmağı istəməzdik. Bu, futboldur. “Qəbələ”yə də belə uduzmuşduq, amma sonra toparlandıq. Yığışıb, rəqibi analiz edəcəyik. Çalışacağıq ki, mərhələni keçə bilək.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi