"Hakimlik bir şey yox idi, futbolçularım cəzasını alacaq" - ELMAR BAXŞIYEV

8 Dekabr 2019 17:17 Premyerliqa 574
"Hakimlik bir şey yox idi, futbolçularım cəzasını alacaq" - ELMAR BAXŞIYEV

Azərbaycan Premyer Liqasında XIV turun "Sumqayıt" - "Qəbələ" (1:1) oyunundan sonra qonaqların məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, Baxşıyevin matç haqda ümumi fikri belə olub:

"Planlaşdırdığımız kimi oldu. Bizi çətin oyun gözlədiyini bilirdik. "Sumqayıt" öz meydanında yaxşı oynayır. İlk dövrənin son matçı idi, uduzmaq istəmirdik. Oyunun keyfiyyətindən razı qalmadım, ancaq komandamı təbrik edirəm".

Daha sonra məşqçi sualları cavablandırıb.

- Hakimlik haqda fikriniz?
- Hakimlik bir şey yox idi. 2 qırmızı vərəqə də bizim oyunçulara görə oldu. Bizim işimiz hakimlərə müdaxilə etmək deyil. Hər iki oyunçumuz kodeksə uyğun cəzalanacaq. Onların cəzasını özümüz verəcəyik.

- Qış fasiləsində komandanı gücləndirmək fikriniz var?
- Hələ danışmamışıq bu haqda.

- Anar Nəzirov təcrübəli olsa da, əsəblərini cilovlaya bilmədi. Onu hansı cəza gözləyir?
- Epizodu emosiya ilə əlaqələndirirəm. Özünü saxlaya bilmədi, cavab qaytardı. Kodeksə uyğun cəzalanacaq.

- Legionerlərinizin adı başqa klublarla hallanır. Bu haqda açıqlaça verərdiz.
- Futbolçularımıza marağın olması, bizi sevindirir. Müqaviləsi bitən futbolçuların sözləşməsinə yenidən baxılacaq. Oyunçuları komandada saxlamaq istəyirik.

- "Qəbələ"nin vəziyyəti haqda söz-söhbətlər gəzir. Bu, komandaya necə təsir edir?
- Təsiri var, inkar etmək olmaz. Çalışırıq ki, komanda olaraq gələcəyə müsbət baxaq. İnanıram ki, bu klub yaşayacaq və daha yaxşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti