Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.
İiclasın gündəliyinə 8 məsələ daxildir. Onlardan biri də AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsidir.
Bura Premyer Liqa, I Liqa və II Liqa daxildir. Federasiya çempionat iştirakçılarına müəyyən güzəştələrə getməyə hazırlaşır.
Xərc istiqamətlərinin korrektə edilməsinə dair klubların verdiyi təkliflərin bir çoxu dəyərləndiriləcək. Hər halda qurumdan redaksiyamıza daxil olan informasiyada bu cür deyilir.
Bildirilib ki, Klublar Komitəsi vəsaitin meyarlar üzrə bölgüsündən bəzi tələblər götürüləcək.
Yarışma mənsublarına icazə veriləcək ki, ayrılan məbləğin əsas hissəsini lazım bildikləri sahələr üzrə sərf etsinlər. Sadəcə, onlar bunu özbaşına eləməməlidir, AFFA-nı öncədən məlumatlandırmalıdırlar.
bSPORTİNFO.AZ