!["Sabah" və "Neftçi"nin avro-işi Niderlanddan gələnə həvalə olundu](https://www.sportinfo.az/media/2024/05/25/443240092_787938543444678_2105442798077865616_n.gif)
Azərbaycan Premyer Liqasında sonuncu - XXXVI turun növbəti təyinatları bəlli olub.
Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bugünkü üç qarşılaşmaya əcnəbi VAR hakimləri təyinat alıblar.
“Zirə” – "Səbail" matçında belçikalı Natan Verbumen, "Neftçi" – “Sabah” görüşündə niderlandlı Kley Ruperti, "Sumqayıt" – “Qəbələ” duelində isə onun həmyerlisi Ervin Blank iş başında olacaq.
25 may
19:00. “Zirə” – "Səbail"
VAR: Natan Verbumen
AVAR: Kamran Bayramov
19:00. "Neftçi" – “Sabah”
VAR: Kley Ruperti
AVAR: Vüsal Məmmədov
19:00. "Sumqayıt" – “Qəbələ”
VAR: Ervin Blank
AVAR: Eyyub İbrahimov