COP29

“Qarabağ”ı çıxmaq şərtilə, qalan bütün komandaların səviyyəsi eynidir"

19 May 01:50 Premyerliqa 588
“Qarabağ”ı çıxmaq şərtilə, qalan bütün komandaların səviyyəsi eynidir"

"Komandaların şansları bərabərdir".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Şansları dəyərləndirən mütəxəssis “Qarabağ”dan başqa bütün komandaların səviyyəsinin eyni olduğunu söyləyib:

“Son iki turda bütün oyunlar maraq dairəsindədir. Xal itkisinə məruz qalan komandalar avrokuboklarda iştirak şanslarının üstündən xətt çəkə bilər.

Bizi intiriqa dolu, maraqlı oyun gözləyir. Çempionat onu göstərdi ki, hər iki komandanın şansları bərabərdir.

Oyun kimin üstün olduğunu göstərəcək. Komandalara uğurlar diləmək istəyirəm. Konkret proqnoz vermək düzgün deyil.

“Qarabağ”ı çıxmaq şərtilə, qalan bütün rəqiblərin səviyyəsi eynidir. Bu da çempionata rəng qatır. İnşallah, azarkeşləri sevindirən oyunlara şahidlik edərik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"