Azarkeşlərin Premyer Liqada favorit saydığı klublar bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu, PFL-in rəsmi saytında davam etməkdə olan səsvermədə öz əksini tapıb.
67 min 517 respondent “remyer Liqada favoritiniz hansıdır?” sualını cavablandırıb. Azarkeşlərin ən çox güvəndiyi komanda "Turan Tovuz”dur.
Səsverməyə qatılanların təxminən yarısı Kurban Bedıyevin komandasını favorit görür. Maraqlıdır ki, ikinci sırada digər Qərb təmsilçisi yer alıb.
Turnir cədvəlinin ən aşağı sıralarında var-gəl edən “Kəpəz”i ən güclü sayanlar 30 minə yaxındır.
Digər komandalar böyük fərqlə geri qalır. “Araz-Naxçıvan”ın üçüncü olduğu siyahıda “Neftçi” “dördlüy”ü qapayır. “Sumqayıt” da sıralamanın ilk yarışındadır.
Son illərin çempionu, cari mövsümün lideri və ümumiyyətlə reallıqda ölkənin ən güclüsü olan “Qarabağ” isə favoritlər siyahısından çox uzaqlardadır.
Qurban Qurbanovun yetirmələri cədvəldə avrokubok zonasından da uzaqda - 6-cı sıradadır. Ağdamlılar liderlərdən 100 qatdan atıq geri qalır.
Siyahıda sonuncu olan “Şamaxı”nı favorit görənlərin sayı az qala komandanın futbolçuları qədərdir.
1. “Turan Tovuz” - 33671
2. “Kəpəz” - 29798
3. “Araz-Naxçıvan” - 2083
4. “Neftçi” - 1135
5. “Sumqayıt” - 325
6. “Qarabağ” - 266
7. “Zirə” - 114
8. “Sabah” - 49
9. “Səbail” - 40
10. “Şamaxı” – 36