Premyer Liqanın 16-cı turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.
Cəza səbəbindən 3 futbolçu oyunların iştirakçısı olmayacaq.
Maraqlıdır ki, futbolçuların hamısı üz-üzə gələcək iki komandanın futbolçularıdır.
Sarı vərəqə limitini dolduran Yuri Matiasla Edvin Kuç kimi vacib simalar Sumqayıt səfərində “Neftçi”yə kömək edə bilməyəcək. Sumqayıtlıların kapitanı Vüqar Mustafayev də eyni səbəbdən qarşılaşmanı kənardan izləyəcək.
Dekabrın 7-də “Səbail” – “Araz-Naxçıvan”, “Sabah” – “Qarabağ”, ertəsi “Kəpəz” – “Zirə”, “Sumqayıt” – “Neftçi”, dekabrın 9-da “Turan Tovuz” – “Şamaxı” görüşləri keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ