COP29

“Azərbaycanda legioner limitini 8+3 etmək lazımdır” - VİDEO

9 Fevral 20:20 Premyerliqa 353
“Azərbaycanda legioner limitini 8+3 etmək lazımdır” - VİDEO

“Legioner limiti 8+3 etmək lazımdır”.

Bu fikir futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində növbəti mövsüm Premyer Liqada gözlənilən dəyişiklik barədə danışıb.

Tanınmış teleşərhçi bildirib ki, ölkə çempionatında əcnəbi futbolçulara qoyulan məhdudiyyət bir qədər yumşaldılmalıdır.

Abbasov deyib ki, bu, millinin zəifləməsinə səbəb olmayacaq. Ekspert qeyd edib ki, legoner sayına tətbiq edilən limit yerli oyunçuların qiymətlərinin süni şəkildə artmasına gətirib çıxarıb:

“Əvvəl komanda sayı az idi, indi isə Birinci və İkinci Liqa var.

Mən İkinci Liqa klublarının rəhbərlərindən eşitmişəm, deyirlər ki, yerli futbolçu tapa bilmirik, hamısının qiyməti qalxıb.

Premyer Liqada təmiz rəqabət olmalıdır. Burada özünü göstərə bilməyənlər qoy gedib aşağı liqalarda oynasın”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"