Zirədə "DÖRDLÜK" döyüş - Tamam, yoxsa davam?

4 Fevral 2023 23:00 Premyerliqa 600
Zirədə "DÖRDLÜK" döyüş  - Tamam, yoxsa davam?

Azərbaycan Premyer Liqasında mövsüm hələ təzə yarılanıb.

Artıq ilk dördlüklə bağlı əksər suallara böyük ölçüdə aydınlıq gəlib.

“Sabah”ın “Qarabağ”ı taxtdan salacağı, “Neftçi”nin də ikinci pilləni Masazır klubundan alacağı inandırcı görünmür.

Heç bunlardan hansısa birinin növbəti turlar ardıcıl məğlubiyyətləri sıralayıb, 4-cü pilləyə enəcəyi də ağlabatan deyil.

Bircə qalır “Zirə”nin hazırkı yerini – dördüncü pilləni qoruya biləcəkmi? sualına baş sındırmaq.

Paytaxt klubu son turda “Neftçi”yə uduzmaqla bürünc şansını minimuma endirdi.

Bu həftə isə komandanı “Qəbələ” ilə ağır sınaq gözləyir.

Bölgə klubu mövsümün startından “Qartallar”la daban-daban gəlir. Bəzən önə keçdiyi turlar da olub.

Bu tur elə bir ehtimal yoxdur. Çünki arada 5 xallıq fərq var.

Amma intriaq geri qayıda bilər. Elmar Baxşıyevin yetirmələri “Zirə”ni səfərdə xalsız qoya bilsə.

Əks halda, bərabərlik də Rəşad Sadıqovun komandası üçün qənaətbəxş hesab olunacaq.

Məğlubiyyət qəbələlilər üçün "dördlük" xəyalının bitməsinə anlamına da gələ bilər.

Bölgə klubunda problemlər davam edir. Cəzası bitən Felipe Santos geri dönübsə, bu dəfə müdafiənin dirəyi Ruan Renato “Sabah”la oyundakı qırmızı vərəqəyə görə kənarda qalmalı olacaq.

Ramon Maçadonun da qarşılaşmaya tam hazır olacağını iddia etmək olmaz.

“Qırmızı qaralar” qışdan sonra qələbə üzünə həsrətdir.

Paytaxt klubu isə “Sumqayıt” üzərindəki qələbə ilə öyünə bilər. “Zirə”nin digər üstünlüyü qışda bir neçə yaxşı transferin komandaya qoşulması və heyətdə ciddi itkinin olmamasıdır. Yalnız yeni transfer Donald Gerye “Neftçi” ilə oyunda aldığı qırmızı vərəqə səbəbindən tribunada oturmalı olacaq.

İlk baxışdan meydan sahibləri şanslı görünür. Amma qonaqlar da hələm-hələm asan təslim olana oxşamır.

Deməli Zirədəki gərgin 90 dəqiqəni gözləməyə dəyər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti