"Sumqayıt”dan yeni ildə ilk qələbə - YENİLƏNİB

30 Yanvar 2023 20:01 Premyerliqa 1 110
"Sumqayıt”dan yeni ildə ilk qələbə - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

12 xalla 9-cu pillədə qərarlaşan "Sumqayıt" "Kapital Bank Arena"da 17 xalla 6-cı olan "Turan Tovuz"u qəbul edəcək.

Komandalar bunadək ölkə çempionatında 2 dəfə üz-üzə gəliblər. Həmin matçların birində Tovuz klubu qələbə qazanıb, digərində isə heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda "gənclik şəhəri" təmsilçisi qol vura bilməyib.

Turun "Qarabağ" - "Şamaxı" və "Səbail" - "Kəpəz" oyunları yanvarın 31-də, "Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri isə fevralın 1-də oynanılacaq.

18:00. "Sumqayıt” – “Turan Tovuz” 2:1

Qollar: Todor Todoroski, 28, Karim Abubakar,49 - Runi Eva, 39

Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı

VAR: Fərid Hacıyev

AVAR: Kamal Umudlu

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Kapital Bank Arena”.

“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə
Baş məşqçi: Samir Abasov
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Digər Xəbərlər
Xəbər Lenti