"Kəpəz" FHN-dən icazə aldı, qaldı PFL - Ev oyunlarını Gəncədə keçirmək üçün

25 Sentyabr 2022 13:20 Premyerliqa 1 001
"Kəpəz" FHN-dən icazə aldı, qaldı PFL - Ev oyunlarını Gəncədə keçirmək üçün

"Kəpəz" Premyer Liqadakı ev oyunları Gəncə şəhər stadionunda keçirmək üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edəcək.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əyalət təmsilçisinin İdarə Heyətinin iclasında komandanın oyunlarını Gəncədə keçirə bilməməsi yenidən müzakirə mövzusu olub.

İdarə Heyətinin üzvləri tərəfindən bu problemin həlli istiqamətində dəstəyin göstərilməsi üçün Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müzakirələr aparılıb.

Nəticədə şəhər stadionunun birinci yarusunda tribunalara təkrar texniki baxışın keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Müvafiq orqanların əməkdaşları tərəfindən arenaya vizual baxış keçirilib.

Birinci yarusda tribunaların mövcud vəziyyəti nəzərə alınaraq təhlükəsizlik qaydalarına riayət olunmaqla stadiona məhdud sayda azarkeşin buraxılması mümkün hesab edilib.

Yeni rəyə uyğun olaraq klub ev oyunlarını Gəncədə keçirə bilməsi üçün qərara yenidən baxılması ilə bağlı PFL-ə müraciət edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var