"Kəpəz"də narazılıq - Rəhbərlik hərəkətə keçdi

12 Avqust 2022 23:00 Premyerliqa 1 602
"Kəpəz"də narazılıq - Rəhbərlik hərəkətə keçdi

4 illik aradan sonra Azərbaycan Premyer Liqasına qayıdan "Kəpəz" hələ də doğma şəhərə qayıda bilmir.

Belə ki, Gəncə şəhər stadionun tribunaları qəzalı vəziyyətdə olduğu üçün komanda ev oyunlarını Bakıda keçirməyə məhkum edilib.

Artıq birinci turun "Zirə" ilə matçı (1-2) Mərdəkanda yerləşən "Dalğa Arena"da baş tutub.

İkinci tur səfərdə "Neftçi"nin qonağı olacaq bölgə klubu növbəti görüşü evdə "Qəbələ" ilə keçirməlidir.

"Qırmızı qaralar"la qarşılaşmanın elə Qəbələdə baş tutacağı dəqiqləşib. Belə ki, bölgə klubu müvəqqəti olaraq bu məkanı icarəyə götürüb.

Amma Qərb təmsilçisi hazırda bütün variantlara əl atıb, rəsmilərdən qarşıdakı oyunları boş tribunlara önündə olsa da belə Gəncədə keçirilməsinə razılıq almaq istəyir.

Hazırkı vəziyyət klub rəsmilərin əsəblərin tarıma çəkib. Bunun maliyyə itkisini kənara qoyaq.

Hər həftə gəncədə hazırlıq keçib, Bakıda oyuna gəlmək onsuz da güclü heyətə sahib olmayan komandanı daha da gücdən salmış olur. Futbolçular arasında da yaranmış acınacaqlı durum ciddi narazılıq yaradıb. Çünki onlar mövsümün əvvəli şərtləri belə razılaşdırmayıblar.

Qərarın dəyişdirilməsinə isə indiki məqamda ümid çox azdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!