Çexiya klubundan ayrılan futbolçu "Kəpəz"in düşərgəsində

4 İyul 2022 23:20 Premyerliqa 2 037
Çexiya klubundan ayrılan futbolçu "Kəpəz"in düşərgəsində

Yeni mövsümə hazırlıqları Bakıda davam etdirən "Kəpəz"in düşərgəsinə yeni futbolçu qatılıb.

Söhbət Azərbaycan U-21 millisinin sabiq üzvü Fərid Nəbiyevdən gedir.

Son mövsümü Çexiyada keçirən 22 yaşlı futbolçu Qərb təmsilçisində yoxlanışdadır. Əgər baş məşqçi Yaşar Vahabzadənin ümidlərini doğrulda bilsə, o zaman onunla müqavilə imzalancaq.

"Qəbələ"nin yetirməsi olan yarımmüdafiəçi uzun müddət idi karyerasını Çexiyada davam etdirirdi.

O, 2020-ci ilin yanvar ayından adıçəkilən ölkənin “Viktoriya” klubunun uğurları üçün çalışırdı.

Fərid daha öncə Çexiyada Praqa “Slaviya”sının U-21 komandasında da çıxış edib.

Futbolçu Gürcüstanın “Şevardeni” komandasında da bir müddət forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti