Argentinalı legioner "Kəpəz"lə danışıqları dayandırdı - BU SƏBƏBDƏN

2 İyul 2022 17:00 Premyerliqa 1 556
Argentinalı legioner "Kəpəz"lə danışıqları dayandırdı - BU SƏBƏBDƏN

Yeni mövsümə hazırlıqları davam etdirən "Kəpəz"in danışıq apardığı əcnəbi futbolçulardan biri ötən mövsümü "Şamaxı"da keçirmiş Franko Flores idi.

Amma argentinalı müdafiəçi ilə danışıqlar uğursuzluqla nəticələnib.

Tərəflər pul məsələsində anlaşa bilməyiblər. Belə ki, Frankonun istədiyi maaş tələbini bölgə təmsilçisi qarşılaya bilməyəcəyini deyincə danışıqlar dayandırılıb.

29 yaşlı legioner 2019/20 və 2021/22 mövsümlərində "Şamaxı"nın (köhnə adı "Keşlə"ə) formasın geyinib. O, təmsilçimizin heyətində 34 görüşdə meydana çıxıb və 1qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"