COP29

"Neftçi"nin sabiq baş məşqçisindən MARAQLI AÇIQLAMA

3 Mart 2021 11:40 Premyerliqa 1 083
"Neftçi"nin sabiq baş məşqçisindən MARAQLI AÇIQLAMA

"Çempionat ən maraqlı yerinə çatıb. Ona görə maraqlıdır ki, bütün komandalar öz yerləri uğurunda qızğın mübarizə aparır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədov deyib.

Ötən ilin noyabrında paytxt təmsilçisindən istefa verən gənc mütəxəssis Premyer Liqanın gedişatı barədə fikirlərini açıqlayıb. O, gərginliyin artan temp üzrə inkişaf etdiyini bildirib:

"Çempionatın əvvəlində yeni gələn futbolçuların uyğunlaşması məsələsi olur. Baş məşqçinin sisteminə, taktikasına uyğunlaşmaqla bağlı axsamalar olur. Yeni gələnlər artıq öz oyun praktikasını, sistemini tutublar.

Çempionatın əvvəlində futbolçularımızın fiziki durumlarının aşağı olmasını, məşqçilərin tapşırıqlarını yerinə yetirə bilməmələrin görürdük. Həm taktiki cəhətdən lazım olan praktikanı yığıblar, həm də fiziki cəhətdən yaxşı səviyyəyə çatıblar.

"Neftçi" və "Qarabağ" çempionluq uğurunda mübarizə aparır. Bu gün hər bir xal itkisi komandalar üçün böyük zərbədir. Bu baxımdan, heç biri xal itirmək istəmir.

Son oyunlar da bunu göstərdi. "Sumqayıt" - "Qəbələ" oyunu çox maraqlı keçdi. Hər iki komanda Avropa Liqasına düşmək uğrunda mübarizə aparır.

İlk yerlərdə olan kollektivlər isə medallar uğrunda mübarizə aparırlar. Düzdür, çempionluq mübarizəsi "Qarbağ" və "Neftçi" arasında gedir, amma "Zirə"ni də hesabdan silmək olmaz.

Çünki "Zirə" çempionata böyük rəng qatır. Onlar birinci və ikinci yeri də tuta bilər. Hələ qarşıda çox oyun var. "Zirə" hər oyun qələbə qazanmaq istəyir.

Ötən turda "Qarabağ"la "Səbail" qarşılaşdı. Biri liderlik üçün mübarizə aparan, digəri isə son yerlərdə qərar tutan kollektivdir.

Ancaq "Qarabağ" çətinliklə qələbə qazandı. Bu, o demək deyil ki, "Qarabağ" çox zəif oynayır.

Mən deyərdim ki, "Səbail" artıq öz oyununu tutub. Gənc futbolçular sona kimi mübarizə aparır. Baş məşqçinin taktikasını başa düşüblər.

Hər komanda qələbə qazanmaq iqtidarındadır. Bunu hər oyunda göstərirlər. Yenə deyirəm, medallar uğrunda əsas mübarizə "Qarabağ", "Neftçi" və "Zirə" arasında gedir.

Orta yerlərdə qərarlaşan "Qəbələ" və "Sumqayıt" isə Avropa Liqası üçün mübarizə aparırlar. Elə vəziyyətdir ki, sonuncu yerdə gedən komanda 3-4 oyun qələbə qazansa, avrokuboklar zonasına düşə bilər.

Odur ki, bütün komandalar qarşıda çox diqqətli olmalıdır. Xal itkiləri çox olsa, bir də gördün, dördüncü yerdən gəlib düşmüsən 7-8-ci yerlərə.

"Sabah" və "Keşlə" də sonuncu pillələrdən uzaqlaşmağa çalışır. "Keşlə"yə yeni məşqçi gələndən sonra oyunlarında müsbətə doğru dəyişiklər var.

Onlara bir qələbə lazımdır ki, oyunlarını tutsunlar. Ard-arda qələbə qazanmayanda istər-istəməz özünə inam azalır. İnanıram ki, qarşıdakı turlarda yaxşı nəticələr əldə olunacaq.

Eləcə də "Sabah" son turlar yaxşı oyun göstərir. Amma bu kollektivdə stabillik çatışmır".

Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!