"Neftçi"ni mübarizədən kənarlaşdıracağıq" - "Qalatasaray"ın vitse-prezidenti

17 Sentyabr 2020 11:48 Neftçi 401
"Neftçi"ni mübarizədən kənarlaşdıracağıq" - "Qalatasaray"ın vitse-prezidenti

"Çox sevdiyimiz qardaş ölkənin komandası ilə qarşılaşacağıq.

"Neftçi" bizə öz qonaqpərvərliyini göstərir. Azərbaycandakı dostlarımıza salamımızı və sevgimizi çatdırırıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak "TRT Spor"a açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, bu qarşılaşma "sarı-qırmızılılar" üçün olduqca vacibdir: İnanıram ki, komandamız "Qaziantep"lə matçda sərgilədiyi performansı Bakıda da göstərəcək və mərhələni keçərək Türkiyəyə qayıdacaq".

A.Albayrak matçın Azərbaycan paytaxtında oynanılmasının "Qalatasaray" üçün fərq etmədiyini vurğulayıb: "İstanbulda cavab görüşü keçirilsəydi belə, azarkeşlər stadionda olmayacaqdı.

Ümid edirəm ki, "Neftçi"ni mübarizədən kənarlaşdıracağıq və növbəti oyunu evdə keçirəcəyik. Azarkeşsiz oyunun heç bir dadı-duzu yoxdur. Ona görə də harada oynayacağımızın fərqi yoxdur".

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti