"Neftçi" "Qalatasaray"ın "baş"ına BÖYÜK PUL QOYDU

15 Sentyabr 2020 16:00 Neftçi 1 537
"Neftçi" "Qalatasaray"ın "baş"ına BÖYÜK PUL QOYDU

«Neftçi» sentyabrın 17-də tarixi matça çıxacaq.

Paytaxt təmsilçisi həmin gün «Qalatasaray»la qarşılaşacaq.

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyuna maraq böyükdür. İlk raunda Şimali Makedoniyadan «Şkupi»yə böyük çətinliklə qalib gələn (2:1) «ağ-qaralar»ın İstanbul nəhəngini mübarizədən kənarlaşdırmaq şansı çox aşağı qiymətləndirilir.

Bunu klub rəhbərliyi də çox gözəl başa düşür. Amma «ümid sonda ölür» deyirlər… İndi burada stimulun dhesabıına nəsə etmək, sürprizə imza atmaq olar. O da puldur.

Bakılılar «Qalatasaray»ı məğlubiyyətə uğratsa, maddi planda bir xeyli irəli düşəcək. Hər futbolçuya çatacaq mükafatın məbləği 20 min manat təşkil edəcək.

«Neftçi» başbilənləri son dəfə bu qədər mükafatı ötən ilin yayında təyin edib - «Bney Yehuda» ilə Avropa Liqasının III təsnifat mərhələ oyunlarına. Təəssüf ki, gözəl şans əldən çıxdı.

Roberto Bordinin çalışdırdığı kollektiv Tula «Arsenal»ı üzərində böyük zəfər qazansa da, İsrail təmsilçisinə öz gücünü göstərə bilmədi: evdə 2:2, səfərdə 1:2.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!