COP29

"Neftçi" 3 hücumçunu bəyəndi, Məmmədov şikayətləndi

13 Avqust 2020 12:30 Neftçi 1 663
"Neftçi" 3 hücumçunu bəyəndi, Məmmədov şikayətləndi

«Yalnız Avropa Liqasını düşünsək, bizə bir hücumçu lazımdır. Yox, növbəti mövsümü ümumi götürsək, yarımmüdafiəçi də almalıyıq».

Sportinfo.az xəbər verir ki, «Neftçi»nin baş məşqçisi Füzuli Məmmədov belə bir açıqlama ilə çıxış edib.

O, danışıqlar apardıqları və bəyəndikləri bir neçə legionerin Azərbaycana gəlməsinə agentlərinin əngəl yaratmasına diqqət çəkib: «Bizdə sırf hücumçu kimi yalnız Mirabdulla Abbasov var. Allah eləməsin, o da zədələnsə, nə edərik? İ

stənilən halda bizə ikinci hücumçu lazımdır. Avroliqada oyun elə gedə bilər ki, biz ikinci hücumçunu meydançaya buraxmaq lazım gələr.

Ümumiyyətlə, indiyədək baxdığımız çoxlu sayda legioner var. Həmin mövqeyə konkret 3 nəfəri bəyənmişəm. Bu işlə hazırda departament məşğul olur.

Bu futbolçularla danışıqlar gedir. Hansıyla razılıq əldə olunsa, onu da gələn həftə Bakıya dəvət edib, müqavilə bağlayacağıq.

Bilirsiz, hücum xətti çox əssas yerdir. Burada səhv etmək olmaz. Bugünə kimi bəyəndiyimiz bir neçə legioner olub ki, son anda məsələ alıınmayıb.

Futbolçu özü «Neftçi»də oynamağa razıdır, klubu gəlməsinə icazə verir, amma agenti deyir ki, qoy, Avropada qalsıın. Bəyəndiyim o futbolçular isə düşünürəm ki, komandamızı gücləndirəcək səviyyədədir».

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!