Azərbaycan millisinin müdafiəçisi 2 illik müqavilə bağladı - Rumıniya klubu ilə

18 İyun 00:50 Hadisə 431
Azərbaycan millisinin müdafiəçisi 2 illik müqavilə bağladı - Rumıniya klubu ilə

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını Rumıniyada davam etdirəcək.

O, “Petrolul” ilə 2 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Cəlal buna qədər Bolqarıstanın “Arda” klubunda çıxış edirdi.

Hüseynov "Petrolul"da oynayan ikinci azərbaycanlı futbolçu olacaq. Ona qədər Elhad Nəziri də 2013-cü ildə "Pertolul"da çıxış edib.

Nəziri komandanın heyətində cəmi 2 matça çıxsa da, Rumıniya kubokunun qalibi olmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!