Kapitan Amin Seydiyevin "Sabah"dan ayrılması öz istəyilə baş tutub.
Əslində klubdan təcrübəli futbolçuya yeni müqavilə təklif olunub.
Özü də daha yüksək maaş şərtləri ilə.
Amma müdafiəçi bundan imtina edib.
Bu da səbəbsiz deyil.
"Qəbələ"nin yetirməsi daha çox oyun şansı almaq istəyini "Bayquşlar"a açıq bildirib.
Masazır klubunda isə onun belə şansı olmayacaq.
Klub rəsmiləri Seydiyevin fikirlərinə hörmətlə yanaşaraq yolların ayrılmasına razılıq verib.
27 yaşlı müdafiəçi bu mövsüm meydanda olduğu 23 görüşdə 1 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

