Premyer Liqaya gələn komanda cəmi 7 futbolçunu saxladı - ADLAR

20:40 Gündəm 230
Premyer Liqaya gələn komanda cəmi 7 futbolçunu saxladı - ADLAR

I Liqanın çempionu qismində Premyer Liqaya vəsiqə qazanan “Şəfa” elita klubları arasında ən fəalıdır.

Yay fasiləsi başlayandan paytaxt təmsilçisinin sosial şəbəkə hesablarında gediş-gəliş paylaşımları göz oxşayır.

Elgiz Kərəmlini göndərib, yerinə Zaur Həşimovu gətirən klub rəhbərliyi yeni baş məşqçinin istəyinə uyğun heyat qurur.

Yeni gələnlər hələ ki, Nicat Mehbalıyev, Murad Musayev, Arsen Agcabəyov, Məmməd Hüseynov və Rauf Hüseynlidir.

Gedənlərə gəlincə, “Şəfa” bu günə qədər 12 nəfərlə - Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, Novruz Məmmədov, Aqşin Paşayev, Urfan İsmayılov və İbrahim Əliyevlə yollarını ayrılıb.

Siyahı bir az da uzanacaq ki, nəticədə ötənilki çempion heyətdən “Şəfa”da cəmi yeddi futbolçu qalacaq.

Kimdir onlar?

Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli, Nahid Əliyev – bu futbolçuların hər biri ilə müqavilənin müddəti başa çatsa da, sözləşmələr 1 illik uzadılıb.

Nihad Quliyev, Əlirza Müştəbazadə və İsmayıl Zülfüqarlı ilə ötən il bağlanan 2 illik anlaşma növbəti mövsüm üçün də keçərlidir.

Hazırda 12 futbolçu rəsmən “Şəfa”ya məxsusdur. Əlavə 10-11 nəfər də lazımdır ki, Zaur Həşimov qarşıdakı “futbol ili”nə istədiyi kimi hazırlaşa bilsin.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti