"Neftçi"ni tərk edən baş məşqçisi sabiq klubuna döndü

02:30 Neftçi 89
"Neftçi"ni tərk edən baş məşqçisi sabiq klubuna döndü

“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampfın yeni iş yeri bəlli olub.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis yenidən Tunisdə çalışacaq.

O, bir il əvvəl ayrıldığı “Esperansa Tunis”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Regekampf 2022-2023-cü ildə “Neftçi”də işləyib. O, daha sonra ölkəsində “Universitatya Krayova” və Səudiyyə Ərəbistanıda “Əl-Tai” klublarını çalışdırıb.

Ardınca 2024-cü ildə “Esperansa Tunis”lə 1 illik müqavilə imzalayan rumın mütəxəssis ötən yay klubdan ayrılıb. Regekampfın son iş yeri isə Sudan təmsilçisi “Əl-Hilal” olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!