“Qarabağ”a lazım olmayan əcnəbin Türkiyənin aşağı liqa klubuna keçir

14:20 Qarabağ 571
“Qarabağ”a lazım olmayan əcnəbin Türkiyənin aşağı liqa  klubuna keçir

“Qarabağ”dan ayrılan Emmanuel Addai karyerasını Türkiyədə - “Vanspor”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə teleqraf-a I Liqa təmsilçisinin baş məşqçisi Murat Yıldırım məlumat verib.

Mütəxəssis 25 yaşlı qanalı yarımmüdafiəçinin Ağdam təmsilçisindəki çıxışını diqqətlə izlədiyini bildirib.

O, futbolçunu xüsusilə Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandasına qarşı keçirilən oyunlarda (1:6, 2:3) bəyəndiyini qeyd edib.

Bununla yanaşı, Murat Yıldırım "Qarabağ"ın digər futbolçularını da izlədiyini qeyd edib.

“Vanspor” Azərbaycan millisinin üzvü Ozan Can Kökçü ilə 2 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti